Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirlik Səma müəllim barədə araşdırma başlatdı

Tarix: 25-01-2026 08:24     Baxış: 348 A- / A+
Türkiyə Təhsil Nazirliyi sosial mediada şagirdlərlə çəkdiyi videoları paylaşaraq məşhurlaşan müəllimlər barədə araşdırma aparmağa başlayıb.

Bu şəxslərdən biri də azərbaycanlı Səma İbrahimovadır. O, Türkiyədə ingilis dili müəllimidir.
Səma ilə bağlı araşdırmaların başlamasına səbəb onun uyğunsuz geyimdə uşaqların qarşısına çıxmasıdır.

Türkiyənin Təhsil Nazirliyi 81 şəhərdən yüksək izləyici sayı olan müəllimlərin adını, işlədiyi məktəbi, sosial media hesablarını və istifadəçi adlarını istəyib. Araşdırma nəticəsində müəllimlər üçün xəbərdarlıqdan işdən çıxarmağa qədər cəzalar tətbiq oluna bilər.

Milli Təhsil naziri Yusuf Tekin bildirib ki, bu sahədə düzgün sərhədlərin qorunması vacibdir və tətbiq ediləcək tədbirlər buna yönəlib. Disiplin prosesində xəbərdarlıq, qınama, maaş kəsimi, karyera irəliləyişinin dayandırılması və hətta işdən çıxarma cəzaları mümkündür.

Son illərdə sosial mediada şagirdlərlə videolar paylaşaraq yüz minlərlə izləyici toplayan müəllimlərin sayı artıb. Bu videolarda bəzən şagirdlər “dekor” kimi göstərilir, müəllimlər isə reklam və sponsorluq işlərinə cəlb olunur. Mütəxəssislər bildirir ki, valideyn icazəsi olmadan paylaşım həm hüquqi, həm də psixoloji risklər yarada bilər.

MEB-in araşdırmasında əsas məqsəd müəllimlərin sosial mediadan istifadəni dayandırmaq deyil, məktəb və sinif mühitində gizliliyi qorumaq, şagirdlərin təhlükəsizliyini təmin etməkdir. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar