Paytaxtın mərkəzi küçəsində ikinəfərlik elektrik avtomobili ilə hərəkət edən vətəndaş sürücülərin diqqətini cəlb edib.
Bu barədə videogörüntü paylaşılıb.
Görüntüdə hərəkətin intensiv olduğu Rəşid Behbudov küçəsində vətəndaşlardan biri "Renault Twizy" markalı, dövlət nömrə nişanı olmayan elektrik avtomobili ilə hərəkət edib. O, hərəkətini həm avtobus, həm də ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla davam etdirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, mövcud qanunvericilikdə yüngül kvadrosikl və kvadrosikl mexaniki nəqliyyat vasitəsi hesab olunur və bu tip nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır.
"Bununla yanaşı sözügedən nəqliyyat vasitələrinin idarə edilməsi üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi də tələb olunur. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də qanuna müvafiq tədbirlər görülür", - deyə T.Nəsirli bildirib.
Xəbər lenti
Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil PEYDA OLDU

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























