Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Avtomobili olmayanlara sürücülük vəsiqəsi verilmir?

Tarix: 23-01-2026 22:23     Baxış: 3155 A- / A+
Sürücülük vəsiqəsi və onun dəyişdirilməsi qaydaları qanunvericiliklə dəqiq tənzimlənir. Lakin bəzi vətəndaşlar düşünür ki, sürücülük hüququndan uzun müddət istifadə etməyiblərsə və ya adlarına hər hansı nəqliyyat vasitəsi rəsmiləşdirilməyibsə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda ona yeni sürücülük vəsiqəsi verilməyə bilər. Bəs bu, doğrudur?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunda və praktikada belə bir hal yoxdur:

“Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən rəsmi sənəddir və bu hüququn avtomobilə mülkiyyət və ya etibarnamə ilə heç bir hüquqi bağlılığı yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, sürücülük vəsiqəsinin yenilənməsi yalnız onun etibarlılıq müddətinin başa çatması, sağlamlıqla bağlı tibbi arayışın təqdim edilməsi, tələb olunan dövlət rüsumlarının ödənilməsi və sənədlərin düzgün şəkildə təqdim olunması ilə bağlıdır. Əgər şəxsin sürücülük vəsiqəsinin vaxtı bitibsə, o, ASAN xidmətə müraciət edərək vəsiqəsini yeniləyə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar