Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

190 min vətəndaşın pensiyası vaxtından əvvəl artırıla bilər

Tarix: 21-01-2026 16:29     Baxış: 356 A- / A+


Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə həyata keçirilməsi təklif edilir.
Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov bugünkü iclasda deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq, altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. İşləyən vətəndaşlarımızın pensiyasına əlavələr iki dəfə - altı ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında olunur. Əksər inkişaf etmiş ölkələrdə bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Təklif edərdim ki, "Əmək pensiyaları haqqında" Qanuna dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə imkanı iki dəfə altı ildən bir deyil, üç dəfə dörd ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların topladıqları pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişikliklə xeyli sayda vətəndaşımızın pensiyası artardı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar