Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu pensiyalar 53 manat artırılır

Tarix: 21-01-2026 15:10     Baxış: 351 A- / A+


Ötən il ölkəmizdə minimum əmək haqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub:
"Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Əvvəlki illərdə olduğu kimi, cari ildə də əvəzetmə əmsalı orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 50,4 faiz təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasının tələblərinə cavab verəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar