Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Metronun iki stansiyası arasında əlavə piyada tuneli inşa olunur

Tarix: 20-01-2026 16:28     Baxış: 348 A- / A+
Metronun iki stansiyası arasında əlavə piyada tuneli inşa olunur
Bakı metrosunun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.
Manevr.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa olunacaq.
“Hazırda yeni tunel üzrə qazıntı işləri aparılır. Sözügedən keçid sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə enilib. Hazırda xətlərin fiziki ayrılması üçün hazırlıq mərhələsi icra olunur. Tikinti işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi inşaat qaydalarına uyğun və təhlükəsizlik tələbləri əsasında aparılacaq. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar