Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

İctimai nəqliyyatda bu şəxslər üçün güzəştlər ola bilər

Tarix: 19-01-2026 17:10     Baxış: 351 A- / A+


Hazırda ictimai nəqliyyatda güzəştli istifadə hüququ olan kateqoriyalar kifayət qədər məhduddur. Hesab edirəm ki, bu siyahı mərhələli şəkildə genişləndirilməlidir. Çünki güzəştlərə real ehtiyacı olan əsas sosial qruplar mövcuddur.
Manevr.az bakı.vs-ə istinadla xəbər verir ki, bu barədə Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, güzəştli kateqoriyaya tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas kateqoriyalar daxildir:
"Bu qruplar üçün güzəştlərin tətbiqi mexanizmi artıq formalaşma mərhələsinə daxil olub.
Bu ildən etibarən ictimai nəqliyyatda brutto müqavilə sisteminə keçid prosesi başlanır. Rəsmi olaraq bu keçid üçün 2026–2028-ci illəri əhatə edən iki illik müddət müəyyən edilib. Ancaq düşünürəm ki, sosial təsiri nəzərə alınaraq bu proses sürətləndirilməlidir.
Keçidin baş tutması üçün həllini gözləyən bir sıra vacib məqamlar var. Əsas məsələlərdən biri nağd ödənişlə işləyən avtobusların tam şəkildə nağdsız sistemə keçməsidir. Nağdsız ödənişin BakıKart üzərindən həyata keçirilməsi artıq metro ilə inteqrasiya olunub və bu, avtobus nəqliyyatında da effektiv şəkildə tətbiq edilə bilər".
Rauf Ağamirzəyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, sosial güzəştlərin tətbiqi üçün məhz brutto kontrakt modeli ən uyğun mexanizmdir:
"Bu modeldə güzəştlərin reallaşdırılması üçün bütün alətlər mövcuddur. Sadəcə olaraq, qeyd olunan texniki və inzibati çatışmazlıqlar aradan qaldırılmalıdır.
Brutto müqavilələr çərçivəsində yalnız güzəştli gedişlər deyil, eyni zamanda günlük, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqəlik pulsuz keçid imkanlarının tətbiqi nəzərdə tutulur. Bu yanaşma həm sosial qruplar üçün güzəştləri genişləndirir, həm də ümumilikdə vətəndaşların nəqliyyat xərclərinin optimallaşdırılmasına real zəmin yaradır.
Nəticə etibarilə, düşünürəm ki, bu il ərzində proses daha sürətli icra olunmalıdır ki, xüsusilə həssas əhali qruplarının ictimai nəqliyyat xərcləri azaldılsın və sosial ədalət prinsipi daha effektiv şəkildə təmin edilsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar