Xəbər lenti
Milli Qəhrəman Şahin Tağıyev harada vəfat edib? - ÖVLADLARI DANIŞDI
Milli Qəhrəman Şahin Tağıyevin övladları atalarının son günləri barədə danışıblar.
Qızı Nigar Tağıyeva “Yeni Sabah”a açıqlamasında atasının qocalar evində yaşaması və orada dünyasını dəyişməsi barədə xəbərləri təkzib edib:
“Yaxşı atamız olub, gözəl insan olub. Vətən uğrunda çalışıb, bizi də unutmayıb. Hər zaman yanımızda olub və bizə yardım edib. O bizə daim Azərbaycandan danışıb, bizə Azərbaycanı sevdirib. 2002-ci ildə İsveçrəyə köçüb, o vaxtdan orada yaşayırdıq. Mənə Azərbaycan himnini atam öyrədib. Həmişə Azərbaycandan danışırdı, 5 nəvəsinə də Azərbaycanı sevdirirdi, onlara Azərbaycan dilini öyrətmişdi. Həmişə deyirdi ki, heç vaxt vətəni unutmayın, vətənimizi sevin. Təxminən, bir il yarım, iki ilə yaxın idi ki, xəstə idi. İnsult keçirmişdi və müalicələr alırdı. Evdə qalmağı mümkün deyildi, çünki evdə lazımi şərait yox idi, ona görə reabilitasiya mərkəzində idi. Həkimlər və tibb bacıları dərman və insulini vaxtında verməli idilər. Xəstəliyinə görə evdə qalmağı mümkün deyildi”.
Oğlu Rövşən Tağıyev isə bildirib ki, atası daim övladlarına dəstək olub:
“Atamın döyüş yolundan çox danışmaq olar. Döyüş yoldaşları dəfn mərasimində iştirak edirlər, bu haqda daha çox bilirlər. Valideyn kimi həmişə yanımızda olub, hər zaman bizə dəstək verib”
Xatırladaq ki, Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, 2025-ci il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Milli Qəhərmanın cənazəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib. Mərhum yanvarın 16-da Bakıda Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























