Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi

Tarix: 15-01-2026 17:39     Baxış: 342 A- / A+
Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİPrezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
Manevr.az xəbər verir ki, sözügedən qanuna aşağıdakı məzmunda 13-2.3.6-1-ci maddəsi əlavə edilib:
“13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;”.

Beləliklə, dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunların paylaşılması qadağan edilir. Buraya əxlaqsız ifadələr, nalayiq jestlər, eləcə də milli-mənəvi dəyərlərə və əxlaq normalarına zidd görüntülər daxildir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu qərar cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına, ailə dəyərlərinin möhkəmləndirilməsinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir:
“Xüsusilə bu dəyişiklik sosial şəbəkələrdə məsuliyyətsiz davranışların normaya çevrilməsinin qarşısını almağı hədəfləyir. Qəbul edilən dəyişikliklər uşaqların və gənclərin zərərli, aqressiv və mənəviyyata zidd məzmunlardan qorunmasına, onların sağlam düşüncə, davranış və dəyərlər əsasında formalaşmasına yönəlib.
Məqsəd gələcək nəslin etik, məsuliyyətli və hörmətə əsaslanan cəmiyyət mühitində yetişməsini təmin etməkdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar