Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

Tarix: 15-01-2026 15:41     Baxış: 341 A- / A+
Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olunduABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır.
Manevr.az Azpost-a istinadla xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir.
“The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb.
"Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7 yanvarda o, Nyu Yorkun Buffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayı üzərindəki Sülh Körpüsündən keçib və səhvən Kanadaya daxil olub. Qayıdandan sonra ABŞ sərhəd rəsmiləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi sözçüsü agentlərin “onun ABŞ-dan deportasiya edilə biləcəyini müəyyən etdiklərini” və onu ICE-yə təhvil verdiyini bildirib".
Həbsin konkret səbəbi göstərilməyib.
Nəşr qeyd edir ki, Ş.Hüseynov bir həftədir ki, Batavia Təcridxanasında saxlanılır.
Ş.Hüseynov 2022-ci ildən bəri Daxili Təhlükəsizlik Departamenti tərəfindən verilən iş icazəsi ilə Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi çalışır.
Qeyd edək ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi olub. 2022-ci ildə öz hesabına tədqiqat aparmaq üçün ABŞ-a səfər edib. Elə həmin il onun neyrobiologiya sahəsində mühüm elmi tapıntılara həsr olunmuş həmmüəllif məqaləsi nüfuzlu elmi jurnal olan GILA-da dərc olunub.
Şövqi Hüseynov tanınmış akademik və fizika-riyaziyyat doktoru mərhum Hatəm Quliyevin qardaşı oğludur. Atası Bayram Hüseynov tanınmış həkim olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar