Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir Sənaye Parkı yaradılır - FƏRMAN

Tarix: 15-01-2026 14:48     Baxış: 446 A- / A+
Daha bir Sənaye Parkı yaradılır (FƏRMAN)
Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı və regionlarda iqtisadi fəallığın artırılması məqsədilə Gəncə şəhəri və Şəmkir rayonu ərazisində Qərb Sənaye Parkı yaradılır.

Manevr.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmanda qeyd olunur ki, sənaye parkının yaradılmasında əsas məqsəd sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, həmçinin məşğulluğun artırılmasıdır.

Qərb Sənaye Parkının fəaliyyəti İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən təşkil ediləcək, idarə olunacaq və inkişaf etdiriləcək.

Sənaye parkının fəaliyyətinin təşkili və infrastrukturun yaradılması üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb. Bu vəsait layihələndirmə işlərinin həyata keçirilməsinə yönəldiləcək.

Nazirlər Kabinetinə üç ay müddətində Gəncə şəhərində Yevlax şosesində yerləşən və hazırda "Azəralüminium” MMC-nin istifadəsində olan 81,8 hektar dövlət torpaq sahəsinin, həmçinin Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən 100 hektar bələdiyyə torpağının Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə iki ay müddətində sənaye parkında istehsal və emal olunacaq məhsullar, eləcə də göstəriləcək xidmətlər üzrə prioritet istiqamətləri müəyyən edərək Prezidentə təqdim etməlidir. Nazirlik, eyni zamanda, park ərazisində bütün xarici və daxili infrastrukturun yaradılması üçün Agentliyə dəstək göstərəcək.

Fərmana əsasən, Maliyyə Nazirliyi ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin edəcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar