Xəbər lenti
DSMF sədrindən orta aylıq pensiya ilə bağlı açıqlama
Ötən il Azərbaycanda əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub.Manevr.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 %-dən çoxunu təşkil edib.
Z. Mirzəyev qeyd edib ki, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3% artaraq 543 manata, yaşa görə pensiya isə 9,1% artaraq 578 manata çatıb.
Fond sədrinin sözlərinə görə, orta aylıq pensiya orta aylıq əməkhaqqının 49,9%-ni, yaşa görə pensiya isə 53,2%-ni təşkil edir. O vurğulayıb ki, bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60%-lik mütənasiblik normativlərinə tam uyğundur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























