Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırıldı - üzvlər barədə fevralın 1-də daha qəti qərar veriləcək

Tarix: 14-01-2026 13:53     Baxış: 3299 A- / A+


Üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək Azərbaycan Yazıçılar Birliyinin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur.
Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
O qeyd edib ki, üzvlük haqqını ödəyəmənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilərlər, amma təşkilat hər zaman bu məsələdə humanist mövqe tutub:
"Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2500 nəfərdən çox üzvü var. Bir nəfər üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il, 1 fevralda qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".
O, üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib.
"Siyahımızda olan yazıçı vəfat edərsə, "vəfat etmiş üzv" kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidirlər. Biz haradan bilək, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub. Bu, mətbuatda başqa cür qələmə verilmişdi".
Sonda Xəyal Rza qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar