Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Baş Dövlət Yol Polisi İdarəsi XƏBƏRDARLIQ etdi

Tarix: 14-01-2026 10:05     Baxış: 458 A- / A+
Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır. 
Manevr.az bildirir ki, bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
 
Xüsusilə xahiş olunur:
 
-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;
-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;
-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;
-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.
Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış təhlükə yaradır.
Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə, məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında vacib amildir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar