Xəbər lenti
“Nəzir qutuları” ilə bağlı UNİKAL ADDIM: bundan sonra ziyarətgahlarda toplanan vəsait...

“Ziyarətgahlarda toplanan vəsait mətbuatda yazılan, yaxud insanların düşündüyü kimi deyil. Bu vəsaitlər açılarkən prosesdə media nümayəndələrinin iştirakı ilə bağlı Şeyxülislama təklif vermişik”.
Bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, bunun ziyarətgahlarda toplanan vəsaitlə bağlı yanlış təsəvvürü aradan qaldıracağını deyib: “İnsanlar bilməlidir ki, hətta böyük dini bayramlardan sonra belə bu ziyarətgahlarda düşünülən qədər böyük vəsaitlər toplanmır”.
M.Qurbanlı onu da vurğulayıb ki, dini ianə ilə imamları yaşatmağın mümkün olması ilə bağlı fikirlər yanlışdır: “Onlar da maaş almalıdır, çünki məscidlərin özünün xərcləri var. Media buna diqqət etməlidir. Həmçinin bəzi mətbuat orqanlarında bəzən dini qrupların lideri kimi ifadələr də görürük, hesab edirəm ki, bu da yanlış yanaşmadır”.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar