Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda İran məhsulları bahalaşdı

Tarix: 13-01-2026 09:19     Baxış: 397 A- / A+
Azərbaycanda İran məhsulları bahalaşdı
İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.
Manevr.az Xəzər TV-yə istinadən bildirir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.
Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.
Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.
Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.
Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar