Xəbər lenti
Gəncəçay məişət tullantıları ilə çirkləndirilir
Gəncəçayın şəhər ərazisindən keçən hissəsi məişət tullantıları ilə çirkləndirilir.Acınacaqlı mənzərə daha çox Vəli Xuluflu küçəsindəki evlərə yaxın ərazilərdə müşahidə olunur.
Uzun müddətdir davam edən bu vəziyyət yaxınlıqda yaşayanları təngə gətirib. Sakinlər bildirirlər ki, tullantılar həm ətrafa pis qoxu yayılmasına, həm də həşəratların çoxalmasına səbəb olur.
Zibillə çirkləndirilən ərazidə məişət tullantıları üçün konteynerlər də yerləşdirilib.
Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, Gəncəçayın məcrası onların xidməti ərazisinə aid deyil. Buna baxmayaraq, ərazidə sanitar vəziyyəti nəzarətdə saxlamaq məqsədilə mütəmadi olaraq genişmiqyaslı təmizlik işləri həyata keçirilir, çayın məcrası məişət tullantılarından, ağac və kol-kosdan, alaq otlarından təmizlənir.
Ancaq aparılan təmizlik işlərinə baxmayaraq, sağ və sol sahildə yaşayan sakinlərin və ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Gəncəçayın hövzəsinə məişət, təmir qalığı tullantılarını atması hallarına hələ də rast gəlinir. azxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































