Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Seyran Səxavət: "Yazıçı Anar səhv edir, mən olsaydım, hamısını birdən çıxarardım"

Tarix: 11-01-2026 20:45     Baxış: 343 A- / A+
"Yazıçı Anar çox humanist adamdır. Onun yerinə mən olsaydım, 5 ili gözləməzdim. Son 1 il ərzində üzvlük haqqı ödəməyənlərin hamısını Birlikdən xaric edərdim".

Yazıçı Seyran Səxavət Xalq yazıçısı Anar Rzayevin üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqları ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Mən AYB-nin üzvüyəm və hər il vaxtında bu haqqı ödəyirəm. Yenə deyirəm, Anar səhv edir, 5 ili gözləmək lazım deyildi. Elə bir il ödəməyənləri avtomatik çıxarmaq lazım idi", - o bildirib.

Yazıçı "Üzvlər niyə üzvlük haqqı ödəmirlər?" sualına belə cavab verib:

"Bu, azərbaycanlı olmaqla əlaqəlidir. Bunun başqa bir cavabı yoxdur. İl ərzində 15 manat nədir ki..."

AYB sədri yazıçı Anar bildirib ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. O vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.

Yazıçı bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar