Xəbər lenti
Deputat: Bəzi dırnaqarası “siyasətçilərin” aqressiv ritorikası ictimai rəyə təsir etmək gücündə deyil

Azərbaycanın son illərdə bütün istiqamətlərdə qazandığı hərbi və siyasi nailiyyətlər milli yaddaşda silinməz iz buraxmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqelərini gücləndirib, cəmiyyətdə güclü birlik və həmrəylik formalaşdırıb.
Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində sabitlik və əməkdaşlığı təşviq edir, regional proseslərdə balanslı və məsuliyyətli mövqe tutur. Dövlətin siyasəti sülh, inkişaf və təhlükəsizlik üzərində qurulub. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu gücləndirir.“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi, milli maraqlara əsaslanan siyasi kurs ölkəmizin uzunmüddətli və davamlı inkişafının əsas qarantıdır və gücünü xalqın dəstəyindən alır”, - deyən Mircəlil Qasımlı qeyd edib ki, müdrik Azərbaycan xalqı dövlətin strateji kursunu real nəticələr əsasında qiymətləndirərək 7 fevral 2024-cü il Zəfər Seçkisində öz Liderinə növbəti dəfə sarsılmaz və qətiyyətli inamını ifadə edərək sabitliyə, tərəqqiyə, parlaq gələcəyə səs verdi.
Son illər ölkəmizin qazandığı nailiyyətləri hər bir azərbaycanlının böyük qürurla qarşıladığını söyləyən deputat deyib: “Təəssüf ki, heç bir siyasi savadı olmayan və xarici havadarlarından maliyyə dəstəyi alan ünsürlər bu uğurları ləkələməyə, gözdən salmağa cəhdlər edirlər. Lakin Azərbaycan cəmiyyəti dağıdıcı çağırışlar ilə konstruktiv siyasi yanaşmalar arasındakı fərqi aydın görür və bu dırnaqarası “siyasətçilərin” aqressiv ritorikası ictimai rəyə təsir etmək gücündə deyil. Müxtəlif ölkələrdə baş verən zorakı prosesləri idealizə etmək və həmin hadisələri Azərbaycan reallığına tətbiq etmək kimi məsuliyyətsiz çağırışlar bu ünsürlərin əsl mahiyyətindən xəbər verir. Bu, eyni zamanda radikal müxalifətin rasional düşüncədən və kreativ yanaşmadan uzaq olduğunun sübutu, onların acınacaqlı vəziyyətinin göstəricisidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































