Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu vəzifələr ləğv edilib

Tarix: 09-01-2026 21:45     Baxış: 341 A- / A+

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.


Bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.

Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.
Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:

Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə – icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) – İcra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.

Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.

Başqa sözlə, qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırılanda əhali sayı nəzərə alınıb. Əhalisi 10 min nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3, 10 mindən çox olanda 4 əməkdaşı olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar