Xəbər lenti
Amnistiya aktı nə qədər məhkuma tətbiq olunub?
Manevr.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.
Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.
Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.
Amnistiya aktının icrası davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































