Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda unikal piyada körpüsü inşa edildi - VİDEO

Tarix: 07-01-2026 14:28     Baxış: 334 A- / A+

Bakıda unikal piyada körpüsü inşa edildi - VİDEO


"Bakı Ağ Şəhər" yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər" layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılıb".
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü "Bakı Ağ Şəhər"də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.
Piyadalar körpü vasitəsilə Zaman meydanına, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar