Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesi ilə görüşdü

Tarix: 07-01-2026 12:53     Baxış: 360 A- / A+
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesi ilə görüşdüQazaxıstanın Azərbaycana yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlar arzulayıb.
Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünü bildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar