Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Valideynlər övladlarının analiz nəticələrini rahat əldə edə biləcək!

Tarix: 07-01-2026 12:12     Baxış: 336 A- / A+
Valideynlər övladlarının analiz nəticələrini rahat əldə edə biləcək!“Mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər.
Manevr.az xəbər verir ki, bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.
Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.
Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;
“Ailə” və ya “Sağlamlıq” kateqoriyası seçilir;
“Övladlarımın laborator analiz nəticələri” bölməsinə klik edilir;
Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
“Yüklə” düyməsinə klik edilərək məlumatla tanış olunur.
Xatırladaq ki, valideynlər “mygov”da övladlarına aid bir sıra məlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqında şəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsal formada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərə övladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsal şəkildə izləmək və istifadə etmək imkanı yaradır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar