Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Tarix: 07-01-2026 10:11     Baxış: 333 A- / A+

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
Manevr.az xəbər verir ki, müracitdə deyilir:
"Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır. Belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır.
Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və piyadaların diqqətinə çatdırır ki, sürücülər sürət həddini yol və hava şəraitinə uyğun seçməli, nəqliyyat axınının intensiv olduğu vaxtlarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar, piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Unutmamalıyıq ki, yol hərəkəti qaydalarına riayət edilməsi yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar