Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 3 kiloya yaxın qızılın sahibi tapılmadı

Tarix: 06-01-2026 20:00     Baxış: 332 A- / A+

Dövlət Gömrük Komitəsi “daşınar əşyanın sahibsiz hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edib.

DGK ümumi dəyəri 250.682,20 manat olan 585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 2705 qram təşkil edən 7 ədəd rezinli qızıl qolbaq, 33 ədəd halqa qolbaq, 92 ədəd qolbaq, 40 ədəd boyunbağı, 45 ədəd boyunbağının sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, Dövlət Gömrük Komitəsinin saxlancına təhvil verilmiş və hazırda Komitənin saxlancında saxlanılan qızıl-zinət əşyalarının sahibləri müəyyən olunmayıb.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin tədqiqatına təqdim edilmiş malların faktiki bazar dəyərinin ümumilikdə 250.682,20 manat olması müəyyən edilib.

DGK-dən məhkəməyə təqidm olunan ərizə təmin edilib. Qərara əsasən, 250 min manatlıq qızıl sahibsiz hesab olunub. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar