Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənovun qardaşına Elçibəy bu vəzifəni veribmiş - Foto

Tarix: 05-01-2026 20:09     Baxış: 359 A- / A+


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun böyük qardaşı, polkovnik Eldar Həsənovun mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək vəzifədə işlədiyi məlum olub.
Manevr.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində çalışıb.
Belə ki, Əbülfəz Elçibəy 1992-ci il iyul ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə yaradılıb. Eyni zamanda, Eldar Əsgər oğlu Həsənov idarənin rəisi təyin edilib. Onun təyinatında əvvəllər tutduğu vəzifə və təcrübəsi mühüm rol oynayıb.
Belə ki, E.Həsənov SSRİ dövründə Zaqafqaziya Hərbi Dairəsinin Xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıda yerləşən hərbi hissədə də eyni vəzifəni daşıyıb.
Polkovnik E.Həsənov Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində təxminən, 6-7 ay işləyib. Ə.Elçibəy Eldar Həsənovu vəzifəsindən azad edib.
Məlumata görə, Zakir Həsənovun qardaşı Xüsusi İdarənin rəisi postundan gedəndən sonra universitetlərin birində dərs deyirmiş. O, son illərədək ali məktəbdə çalışıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar