Xəbər lenti
Rauf Abdullayev xəstəxanadan evə buraxıldı

Məşhur dirijor, professor Rauf Abdullayevin son durumu açıqlanıb.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
O bildirib ki, Rauf Abdullayev ambulator müalicə üçün evə buraxılıb:
"Rauf Abdullayev ayağından əməliyyat olunmuşdu. Sözügedən əməliyyatdan sonra yara yerində infeksiya müşahidə edilmişdi, şəkəri və arterial təzyiqi çox yüksək idi. Bakı Sağlamlıq Mərkəzində müalicələri aparıldı, infeksiyanın qarşısı alındı. Səhhəti yaxşılaşdı və bundan sonra Reabilitasiya Mərkəzinə göndərildi. Artıq vəziyyəti yaxşı olduğuna görə bir müddət öncə ambulator müalicə üçün evə buraxılıb".
Xatırladaq ki, oktyabrın 28-də Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























