Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməniyə ərə gedən Səbinə azərbaycanlı deyil? -AÇIQLAMA

Tarix: 18-07-2017 08:42     Baxış: 7395 A- / A+
Erməniyə ərə gedən Səbinə azərbaycanlı deyil?


Bu günlərdə daha bir azərbaycanlı qızın erməniyə ərə getməsi ictimaiyyətin müzakirə mövzusuna çevrildi. Belə ki, Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır.

Rusiya mətbuatının yazdığına görə, 45 yaşlı Xaçaturovun sərvəti “Forbes”in hesablamalarına görə, 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb.

Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi macərasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgilisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.

Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhmədovaya gəldiksə isə iddialara görə, 36 yaşlı gənc qadın heç də azərbaycanlı deyil. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Anası erməni olan Səbinənin atasının da heç də azərbaycanlı olmadığı bildirilir. Məlumata görə, atası Gülbala Əhmədov yarı yəhudi, yarı azərbaycanlıdır. O, ixtisasca mühəndisdir. Maraqlıdır ki, ailə məhz 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Səbəbi isə məlumdur, ailənin başçılarından biri erməni olduğu üçün. Lakin əslən bakılı olduğu üçün bəzən Səbinəni azərbaycanlı qız kimi təqdim edirlər.

Qeyd edək ki, Səbinə Əhmədova Moskva Sənət İnstitutunda təhsil alıb, hazırda Rusiyada tanınmış aktrisalardan biridir. O, Serqey Bezrukov, Dmitri Dyujev və Vladislav Qalkin kimi məşhur aktyorlarla birgə bir neçə rus filmlərində çəkilib. Səbinə hər zaman ermənipərəstliyi ilə seçilir. Belə ki, aktrisa iki il öncə Moskva erməni diasporunun maliyyələşdirdiyi, “erməni soyqırımı”ndan bəhs edən “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filmdə ana obrazını canlandırıb. Ötən il isə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən bəhs edən Sarik Andreasiyanın çəkdiyi “Zəlzələ” filmində rol almışdı. Bu səbəbdən anası erməni, atası qarışıq ailədən olan, ermənipərəst Səbinənin erməniyə ərə getməsi heç də təəccüblü deyil.

Xalidə GƏRAY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar