Sizin Reklam Burada
Xəbər lenti
04-01-2026
03-01-2026
BÜTÜN XƏBƏRLƏR

8 min tabut Azərbaycana niyə gətirilib?

Tarix: 03-01-2026 19:54     Baxış: 444 A- / A+



2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl - 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib.

Manevr.az xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu, demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir. Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən islam qaydalarına uyğun keçirilir və tabut, adətən, yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir.
Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur. Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur.
Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib-etmədiyi açıq qalır.
Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satınalma ilə bağlı ola bilər. (ölkə.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar