Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi

Tarix: 30-12-2025 10:56     Baxış: 358 A- / A+
Avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb. 
Manevr.az xəbər verir ki, araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.
Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı avtomobillərinə qanunsuz olaraq səs siqnalları quraşdıran bir neçə sürücü də müəyyən edilib. Həmin şəxslər barəsində də inzibati protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Gəncə şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar