Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bir aya işdən çıxarılan icra başçısı kimdir? - DOSYE

Tarix: 29-12-2025 17:51     Baxış: 333 A- / A+
Bir aya işdən çıxarılan icra başçısı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident ilham Əliyevin sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
E.İbrahimovun dosyesi:
Elxan İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub.
2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar