Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Özünü şəhid xanımı kimi təqdim edib vatsapda şəkillər paylaşırmış

Tarix: 27-12-2025 10:25     Baxış: 423 A- / A+
Özünü şəhid xanımı kimi təqdim edib vatsapda şəkillər paylaşırmış
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22.500 manatlıq dələduzluq edib.
Manevr.az-ın məlumatına görə, o, Bərdədən olan, adını qeyd etmək istəmədiyimiz şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin mənzili onun qızına sata biləcəyini və ondan alacağı məbləği sənədləşmə üçün xərcləcəyini bildirib.

Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətlə qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütamadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb onu inandırmaq məqsədilə yalandan bazardan kilid açarı alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evin açarları olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan olduğunu deyib.

Rəsmiyyə inamı itirməmək üçün tez tez vatsapda şəhid arvadı olmağı ilə bağlı paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.

Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılğa gələrək barışıq sazişi imzaladığını bildirib.

Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə mıhdudlaşdırıb./teleqraf


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar