Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır

Tarix: 26-12-2025 23:12     Baxış: 324 A- / A+
Gələn il martın 3-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərraca müxtəlif nazirliklərə, dövlət qurumlarına və publik hüquqi şəxslərə məxsus minik, yük, avtobus və xüsusi təyinatlı avtomobillər təqdim olunacaq.

Təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi 25 və 50 faiz endirimlə təkrar hərraca çıxarılır.

Hərraca çıxarılacaq ən bahalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə məxsus 2014-cü il buraxılışlı "Audi A6"nın start qiyməti 19 min manatdır. Ən ucuz nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan "KamAZ 6520" yük avtomobilidir, onun start qiyməti isə 1 400 manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı "IVECO" markalı avtobus, 2003-cü il buraxılışlı "Mercedes-Benz S350" minik avtomobili və bir neçə "PAZ-3205" avtobusu yer alır. Bu nəqliyyat vasitələrinin start qiymətləri 3 750 manatdan 15 000 manata qədər dəyişir.

Hesablama Palatasına məxsus 2014-cü il buraxılışlı iki "Toyota Camry" minik avtomobili müvafiq olaraq 10 min 500 və 10 min 750 manat start qiyməti ilə hərraca çıxarılacaq. Nazirlər Kabinetinin İşlər Müdiri Aparatının balansında olan "BMW 730Li" və "BMW 760Li" avtomobillərinin start qiymətləri isə 5 min 500 - 6 min manat aralığında müəyyən edilib.

Xarici İşlər Nazirliyinə məxsus 2014-cü il buraxılışlı "BMW 528i" avtomobili 14 min manat start qiyməti ilə satışa çıxarılacaq.

Hərrac barədə daha ətraflı məlumatı bundan izləyə bilərsiniz. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar