Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət artırılır

Tarix: 25-12-2025 14:30     Baxış: 322 A- / A+

Hərbi xidmətə çağırılan işçilərə ödənilən müavinət artırılır

Əmək Məcəlləsində işçinin əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan səbəblərlə ləğv edilməsi halları müəyyən edilib.
Bu hallardan biri də işçinin hərbi xidmətə çağırılması ilə bağlıdır. Əmək müqaviləsinə hərbi xidmətə çağırılma səbəbindən xitam verilməsi vəziyyətində işçiyə müəyyən işdənçıxarma müavinətləri ödənilir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki misli kimi müəyyən edilib. Milli Məclisdə müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyilikliklər layihəsində isə həmin müavinət məbləğinin orta aylıq əməkhaqqının üç mislinə qədər artırılması nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, yeniliyi şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, bu dəyişiklik hərbi xidmətə çağırılan şəxslərin həyat şəraitini yaxşılaşdırmağı və onların sosial müdafiəsini daha da gücləndirməyi hədəfləyir: “Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, əmək müqaviləsinə hərbi xidmətə çağırılma hallarında xitam verilə bilər. Hərbi xidmətə çağırılma dövlətin və cəmiyyətin müdafiəsi üçün vacib bir məsələdir və buna görə də hərbi xidmətə çağırılan işçilərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə xüsusi işdənçıxarma müavinətləri ödənilir. Bu halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, işəgötürən işçini işdən çıxardığı zaman ona orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət ödəyir”.
Ekspert hərbi xidmətə çağırılma əsasında işdən çıxarılma hallarında işçiyə veriləcək müavinətin artırılmasını, əmək qanunvericiliyindəki sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu dəyişiklik işçilərin hərbi xidmətə çağırılma səbəbi ilə həyatlarında yaranan maddi çətinlikləri daha da asanlaşdıracaq və onlara daha geniş bir maliyyə dəstəyi verəcək. Əmək müqaviləsinə xitam verilməsinin sosial müdafiə aspektləri qanunvericilikdə edilən bu cür dəyişikliklərlə daha da yaxşılaşdırılacaq”.
N.Xəlilov hesab edir ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişiklik həm də işəgötürənlər üçün bir məsuliyyət yaradır. Onlar hərbi xidmətə çağırılan işçilərin əmək müqaviləsinə xitam verilməsi zamanı həmin şəxsləri müvafiq müavinətlə təmin etməklə qanuni öhdəliklərinə əməl etməli və işçilərinin hüquqlarını qorumalıdırlar: “Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Məsələn, bir işçi hərbi xidmətə çağırılıb və xidmət müddəti bitdikdən sonra işə qayıtmaq istəyir. Əgər işçi xidmət müddətini tamamladıqdan sonra 60 təqvim günü ərzində əvvəlki iş yerinə müraciət etməyi unutmuşsa, o zaman bu hüquq itirilir. Lakin 60 gün ərzində işə qayıtmaq istəyən işçi əvvəlki vəzifəsini və ya ona bərabər bir vəzifəni tələb edə bilər”.
Bu müddət ərzində işəgötürənin işçini əvvəlki vəzifəsində və ya bənzər bir vəzifəyə qəbul etmək məcburiyyətində olduğunu deyən N.Xəlilov işçi hərbi xidmətdə olduğu müddət ərzində iş yeri saxlanıldığından, onun mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisəyə geri qayıtmaq hüququnun olduğunu vurğulayıb. Lakin bu hüquq müəssisənin ləğv edilməsi halında istisna olunur. Yəni işəgötürən müəssisəni ləğv edərsə, işçi hərbi xidmətdən qayıtsa da, artıq əvvəlki vəzifəsinə qayıtmaq imkanı qazanmır, çünki müəssisə artıq mövcud deyil./Vergiler

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar