Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Tarix: 23-12-2025 17:08     Baxış: 443 A- / A+
Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 22 dekabr 2025-ci il tarixində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar