Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 6 üzvü cəzalandırıldı

Tarix: 23-12-2025 16:50     Baxış: 325 A- / A+

Dekabrın 23-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan verilən xəbərə görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, eləcə də iki vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda iclasda “Tağızadə və partnyorları” Vəkil Bürosunun təsis olunması ilə bağlı müraciətə baxılıb və müsbət qərar çıxarılıb.
Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 60 vəkilliyə namizədin Kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, sözügedən namizədlərin təntənəli andiçmə mərasiminin dekabrın 27-də keçirilməsi nəzərdə tutulur.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar