Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Vətən müharibəsindən sonra 247 887 ha ərazi minalardan təmizlənib

Tarix: 23-12-2025 16:21     Baxış: 326 A- / A+

Vətən müharibəsindən sonra 247 887 ha ərazi minalardan təmizlənib


İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci ilin 23 dekabr tarixinədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 247 887 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.
Bu barədə ANAMA-dan bildirilib.
Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən ərazilərin minalardan təmizlənməsi prosesi 2 mərhələyə bölünür: minaların mənfi təsirinin aradan qaldırılması və minalardan tam təmizlənmə. İlkin mərhələ Böyük Qayıdış proqramı çərçivəsində müəyyən olunmuş prioritetlərə uyğun olaraq icra edilən minatəmizləmə layihələrini əhatə edir. Minaların mənfi təsirinin aradan qaldırılması mərhələsi təhlükəsiz bərpa quruculuq işlərinin icrasına və insanların təhlükəsiz və dayanıqlı yaşayışına uyğun şəraitin yaradılmasıdır. İkinci mərhələ isə keçmiş təmas xətti boyu ərazilər daxil olmaqla ərazilərin tam olaraq mina təhlükəsindən azad edilməsidir.
Həmçinin, qeyd olunub ki, məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi ilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraqkonservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir.
Bildirilib ki, 40 255ədəd piyada əleyhinə mina, 22 969 ədəd tank əleyhinə mina və 172 995 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 236 219 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar