Xəbər lenti
Aktyor tütünü reklam etdi, şirkət cərimələndi - Foto
Manevr.az qaynarinfo-ya istinadla xəbər verir ki, "TTC GROUP" (The Tobacco Company) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 72/74, mənzil 95 ünvanında yerləşən "TTC GROUP" MMC-nin "Smoking Azerbaijan" adlı İnstaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məlumatlarının reklam edilir.
Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olmasını bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.
Məhkəminin hökmü ilə "TTC GROUP" MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.
"Smoking Azerbaijan" səhifəsində tütün məhsullarının reklamına məhşur bloger və aktyorlar da cəlb edilir. 1000 manatlıq cəriməyə isə bloger və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































