Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Tapdığınız əşya nə zaman sizinki sayılır? - Hüquqşünas izah etdi

Tarix: 23-12-2025 08:56     Baxış: 325 A- / A+
Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi dəyəri olan əşyamızı itirmişik. Bəzən də itirən deyil, tapan tərəf olmuşuq. Bəs maraqlıdır, itən əşyaların aqibəti necə olur.
Bu əşyalar tapan şəxsin mülkiyyəti sayıla bilərmi?
Manevr.az xəbər verir ki, hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Mülki Məcəllənin 186-cı maddəsinə əsasən, itirilmiş əşya ilə bağlı qaydalar belədir:
- hər hansı bir şəxs itirilmiş əşyanı taparsa, o bu barədə dərhal həmin əşyanın sahibinə və ya sahibi məlum deyilsə, polisə məlumat verməli və əşyanı təhvil verməlidir;
- tapılan əşya barədə məlumat verildikdən sonra bir il ərzində sahibi onu geri almazsa, əşyanı tapan şəxs onun üzərində mülkiyyət hüququ qazanır;
- əgər əşya sahibi tapılan əşyanı geri götürmək istəyərsə, bu halda onu tapan şəxs əşyanın dəyərinin 5 faizinədək hədiyyə (bəxşiş) tələb edə bilər;
- bundan əlavə, əşyanı tapan şəxs mülkiyyətçidən həmin əşyanın saxlanılması ilə bağlı çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququna malikdir.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur.
Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır:
"Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir".baku.tv

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar