Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Onlara vəzifə verildi - Foto

Tarix: 22-12-2025 17:16     Baxış: 319 A- / A+


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Qurumdan bildirilib ki, Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlayıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışıb.
Bəşir Əliyev Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra ADA Universitetində “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla tamamlayıb.
B. Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam orta məktəbində tarix müəllimi vəsifəsində çalışıb, 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar