Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Mənimsəmədə təqsirləndirilən məktəb direktoru cəzalandırıldı

Tarix: 22-12-2025 16:35     Baxış: 340 A- / A+
Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunmaqla 3500 manat cərimə edilib.
Manevr.az "qaynarinfo"ya istinadla xəbər verir ki, Azər Əsgərov Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunub.
İş materiallarından məlum olur ki, A.Əsgərov məktəb direktoru olduğu dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamaqda təqsirləndirilib.
Məhkəmə prosesi zamanı Azər Əsgərov verilmiş ittihamla özünü təqsirli bilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar