Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Səni axtarıram"da saxlanılan Əfsanə də azadlıqda - FOTO

Tarix: 22-12-2025 16:14     Baxış: 324 A- / A+
Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.
Manevr.az xəbər verir ki, 3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.
O, cəzasının çəkilməmiş 10 ayından azad edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.
S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının "Səni axtarıram" adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.oxu.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar