Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan benzini Ermənistanın yanacaqdoldurma şəbəkələrində – YENİ TƏFƏRRÜATLAR

Tarix: 21-12-2025 09:02     Baxış: 438 A- / A+
Uzun illər sonra Azərbaycan və Ermənistan arasında neft məhsulları ticarəti həyata keçirilib.

Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan Aİ-95 markalı 1220 ton benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana ixrac edilib. Bu həcmin ümumi miqdarı 22 vaqonluq yükə bərabərdir.

Alıcı Ermənistanın “Mega Trade” şirkətidir. Azərbaycan tərəfi rəsmi olaraq müqavilənin hansı qurumla bağlandığını açıqlamayıb, lakin ehtimal olunur ki, ixrac SOCAR-ın törəmə şirkətlərindən biri vasitəsilə həyata keçirilib.

Ermənistan KİV-lərinin məlumatına görə, Azərbaycandan idxal olunan benzin Ran Oil yanacaqdoldurma şəbəkəsi vasitəsilə satışa çıxarılacaq. Rəsmi satış qiyməti hələ elan edilməyib, lakin “Mega Trade” şirkəti bildirir ki, Azərbaycandan idxal benzin qiymətlərinin azalmasına imkan yaradacaq.

Şirkətin yaydığı press-relizdə vurğulanır ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar çərçivəsində və mövcud prosedurlara uyğun olaraq, “Mega Trade” ölkəyə neft məhsullarının idxalına başlayır. Məqsəd alternativ təchizat marşrutunun işə salınması, bazarın diversifikasiyası, rəqabət mühitinin gücləndirilməsi və istehlakçılar üçün daha əlçatan təkliflərin yaradılmasıdır, bütün keyfiyyət və təhlükəsizlik standartlarına riayət edilməklə.

Şirkət bildirir ki, təchizatın sabitliyi və proqnozlaşdırıla bilməsi, həmçinin yeni yanacaq mənbələrinin cəlb edilməsi bazarda tarazlığın qorunmasına, eləcə də ölkənin enerji və iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək.

2024-cü ildə Ermənistan ümumilikdə təxminən 520 min ton benzin və dizel yanacağı idxal edib, əsasən Rusiyadan. Ölkənin illik yanacaq ehtiyacı isə təxminən 300 min ton təşkil edir. Nisbətən kiçik bazarda isə Azərbaycan benzini keyfiyyəti və daha aşağı nəqliyyat xərcləri sayəsində rəqabətqabiliyyətli ola bilər.

Ermənistan ekspertləri qeyd edirlər ki, Azərbaycandan yanacaq idxalının başlanması Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq imkanı yaradır. Ötən il ölkə benzinin təxminən 65%-ni Rusiyadan alıb, bu da təchizatın diversifikasiyasını xüsusi aktuallaşdırır.

İrəvanda Regional Araşdırmalar Mərkəzinin elmi işçisi, Emily Babakanyan-Freizer “Azadlıq Radiosu”nun Ermənistan bürosuna müsahibəsində bildirib ki, bu addım Ermənistanın enerji asılılığını azaltmaq baxımından faydalı ola bilər. Lakin o, mümkün risklərə də toxunub: Bakı və İrəvan arasında münasibətlər yenidən gərginləşərsə, yanacaq təchizatı dayandırıla bilər, bu isə Ermənistanı çətin vəziyyətə sala bilər.

Ekspertin qənaətinə görə, risklərə baxmayaraq, orta və uzun müddətdə Azərbaycanın neft məhsulları idxalı Ermənistanın yanacaq təminatının diversifikasiyasını gücləndirə və ölkənin enerji balansının dayanıqlığını artırmaq potensialına malikdir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar