Sizin Reklam Burada
Xəbər lenti
21-04-2026
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobuslarda ödənişlə bağlı yenilik

Tarix: 20-12-2025 11:26     Baxış: 3100 A- / A+


Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.
Manevr.az xəbər verir ki, bu barədə report-a paytaxtın ictimai nəqliyyaında istifadə olunan "BakıKart" sisteminin operatoru - K Group MMC məlumat verib.
Paralel olaraq "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:
"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar