Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu notariusların fəaliyyətinə xitam verilir – Rəsmi

Tarix: 19-12-2025 14:17     Baxış: 337 A- / A+
Bu notariusların fəaliyyətinə xitam verilir – Rəsmi“Notariat haqqında” qanuna əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir. Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.
Manevr.az xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş müsabiqəyə əsasən bu il noyabrın 14-də test imtahanı keçirilib.
Hazırda test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada müsahibələr keçirilir. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi, hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi, eləcə də notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaq.
Məlumata görə, hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə 156 notarius fəaliyyət göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar