Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Green Kart"a qəbul dayandırıldı

Tarix: 19-12-2025 10:36     Baxış: 435 A- / A+

ABŞ-da "yaşıl kart" lotereyası müvəqqəti olaraq dayandırılıb.
Manevr.az xəbər verir ki, qərar ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən qəbul edilib. Buna səbəb Braun Universitetində baş verən silahlı insidentdə şübhəli bilinən şəxsin ölkəyə məhz bu proqram vasitəsilə daxil olmasıdır.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkə X-də bildirib ki, **Donald Trump**ın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) DV proqramının dərhal dayandırılması tapşırılıb. Nazir qeyd edib ki, məqsəd amerikalıların təhlükəsizliyini təmin etməkdir.
Məlumata görə, Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Nevis Valenti 2017-ci ildə "yaşıl kart" lotereyası vasitəsilə ABŞ-a gəlib. Hadisə 13 dekabrda Providens şəhərində baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Hadisədən sonra şübhəli şəxs axtarışa verilib və daha sonra saxlanılıb. Bir neçə gün sonra o, sərbəst buraxılıb. Dekabrın 19-da isə həmin şəxsin meyiti aşkar edilib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl insident zamanı universitet ərazisində təhlükəsizlik kameralarının az olmasına görə narazılıq ifadə etmişdi.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar