Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kəndimizin uzunömürlü ziyalısı

Tarix: 18-12-2025 20:14     Baxış: 3429 A- / A+
Sözügedən kənd Ağsu rayonunun Dilman kəndidir. Bu kənd Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Kəndin əsrarəngiz gözəlliyi adamı valeh edir. Dilmanın sıx meşələri, gözəl şəlaləsi, gur sulu çayları, təmiz havası var. Belə gözəl təbiəti olan kənddə kim yaşamaq istəməz? Sizə bu kənddə doğulub, böyümüş bir ziyalıdan söz açmaq istəyirəm.


Qeyd edim ki, Fikrət  Kamal oğlu İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində ziyalı ailəsində anadan olub. Atası Kamal İsaq oğlu Əfəndiyev Səmərqənd şəhərində həm dini, həm də pedaqoji təhsil almışdır. Ailənin 5 oğul, 2 qız övladı var idi. Oğul övladlarının hamısı ali təhsil almışdır. Fikrət müəllim M. Ə. Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N. Tusi adına ADPU - nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub.(1956-1959). Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru(1985), professor (1986), Azərbaycan Respublikasının Əməkdar müəllimidir (2010). 1969-cu ildən Azərbaycan Dövlət Tibb Universitetinin tibbi fizika və informatika kafedrasında çılışıb. 1975-1985 -ci illərdə Moskvada Tətbiqi Fizika İnstitutunda və onun Bakı filialında bir sıra elmi-tədqiqat işləri aparmışdır. Azərbaycan MEA Radiasiya Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şuranın üzvüdür. Xarici ölkələrdə və ölkə daxilində dərc olunmuş 130 elmi əsərin, o cümlədən 6 monoqrafiyanın, 3 dərsliyin, bir neçə səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətləri var. Fikrət müəllim ömrünü sevimli tələbələrinə həsr edib. Hal-hazırda təqaüddədir.

Fikrət müəllimin uzunömürlü olmağının sirri məhz öz peşəsinin vurğunu olmağında, mehriban ailəsinin olmağında, cavan tələbələrə dərs deməyində, sağlam həyat sürməyində görürəm. Fikrət İsayevin 3 qız övladından 1 qızı dünyasını dəyişib. Hər üç qızı ali təhsil almışdır. Bu il iyul ayında Fikrət müəllimin 90 yaşı tamam olub. Biz də öz adımızdan Fikrət müəllimə uzun ömür, can sağlığı arzu edirik. Nə yaxşı ki, ölkəmizin Fikrət müəllim kimi dövlətinə, xalqına vicdanla qulluq edən ziyalıları var. Kəndimizin belə oğulları ilə fəxr edirik.

Ülviyyə Namiqqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Manevre.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar