Sizin Reklam Burada
Xəbər lenti
02-08-2026
01-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

Tarix: 18-12-2025 15:24     Baxış: 3130 A- / A+
Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildiAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib.
Qəbul edilən dövlət standartları aşağıdakılardır:
* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.
Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar