Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Vəkil qadın jurnalisti niyə həbs etdirdi?

Tarix: 18-12-2025 13:29     Baxış: 332 A- / A+


Xəbər verdiyimiz kimi, Suraxanı Rayon Məhkəməsində vəkil Nemət Kərimlini təhqir etməkdə təqsirləndirilən jurnalist İmamət İsmayılova 8 ay azadlıqdan məhrum edilib.
Manevr.az xəbər verir ki, vəkil Nemət Kərimli jurnalistin həbsinin detallarıma aydınlıq gətirib.
“İmamət Niyazi qızı İsmayılova əvvəllər tanımadığı və aralarında mübahisəsi olmadığı Türkan Rasim qızı Rzalıya 02 avqust 2023-cü il tarixdən başlayaraq 22 avqust 2023-cü il tarixədək, Şövqi Qafil oğlu Məmmədova və Raul Zaur oğlu Məmmədova isə 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək özünün Feysbuk sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlar, profil və hesablarından kütləvi nümayiş etdirməklə küçə adamının belə istifadə etmədiyi sözlərlə məni və yaxın xanım qohumlarımı təhqir etmişdir.
Qohumlarım bu barədə şikayət etmiş, Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlamış və bu şəxsi, yəni saxta profillərdən istifadə edən - İ.İsmayılova müəyyən edilərək cinayət işi başlanmış, barəsində polis nəzarətinə verilməsi barədə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-322/2025 saylı 14.07.2025-ci il tarixli hökmü ilə İmamət Niyazi qızı İsmayılova AR CM-nin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) ilə təqsirli bilinərək ona 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmədə də zərərçəkən qadını (bizə qohum deyil, prokurorluqda şikayət ərizələri birləşdirilib) yenidən çox pis təhqir etdiyinə görə məhkəməyə hörmətsizlik maddəsi ilə (CM-nin 298-ci maddəsi) cinayət işi başlanıb, araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərilib.
Lakin İ.İsamyılova barəsində cinayət işi başladıqdan sonra və məhkəmə prosesi dövründə də özünün “Araşdırmaçı Jurnalist”, “Çekist Xanım” profillərindən dayanmadan yenə ən əxlaqsız sözlərlə məni və yaxın xanım qohumlarımı təhqir etməkdə davam edirdi. Ona görə də mən və qohumlarım yenidən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdik. Onun yazdıqları o qədər əxlaqsız idi ki, hakim də onları ucadan oxumurdu və onun özünə göstərirdi ki, bunları yazmısan, ya yox. O da fəxrlə bildirirdi ki, hə. O, təqsirli bilindi və barəsində əlavə 4 ay həbs cəzası təyin edildi. Bu şəxs özünü jurnalist adlandırır, məhkəmədə tez-tez deyirdi ki, o, siyasi məhbusdur.
Məhkəmədə qışqırırdı ki, sən Tofiq Yaqublunu müdafiə edirsən, səni niyə həbs etmirlər, sən agentsən!
O, birinci məhkəmə prosesi dövründə hüquq müdafiəçisi Zəfər bəyə müraciət edərək onun siyasi məhbus elan edilməsini xahiş etmişdi.
Bir daha bildirirəm ki, biz onu tanımırıq, onu kimsə öyrədib, xanım qohumlarımızın telefon nömrələri, iş yerləri, şəxsi həyatları barədə məlumatları verib. Mən məhkəmədə bildirdim ki, şəxsin adını de, ərizəni geri götürək. O dedi ki, mən qalib gəldim, onun adın öyrənə bilmədiniz”, - vəkil qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar